Bu ölkənin klubu avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək

22:40 Sizdən Bizə 250
Bu ölkənin klubu avrokuboklarda ev oyunlarını Azərbaycanda keçirəcək

BATE Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Belarusun football.by saytı məlumat yayıb.

Bildirilib ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək.

BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq.

Ukraynadakı müharibə ilə əlaqədar UEFA Beıarus komandalarını doğma meydanda keçirmək qadağası qoyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti