COP29

Albertin vurduğu düşmən tankı Hərbi Qənimətlər Parkında – VİDEO+FOTOLAR

24 Sentyabr 2023 03:20 Hadisə 1 270
Albertin vurduğu düşmən tankı Hərbi Qənimətlər Parkında – VİDEO+FOTOLAR

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində “qələbə” simvolu kimi qoyulan tank abidəsi Bakıya gətirilib.

Düşmənin tankı Hərbi Qənimətlər Parkına yerləşdirilib.

Tank 30 ildən sonra layiq olduğu yerə park edilib.

Sözügedən tank Şuşaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankı bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı (qaafqazinfo).

Sail Ağasəlim

Foto: Xəyal Vəlizadə









Digər Xəbərlər
Xəbər Lenti