Aşağı liqa komandasının hücumçusu evində güllələndi

3 Noyabr 2023 10:20 Hadisə 1 210
Aşağı liqa komandasının hücumçusu evində güllələndi

Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.

Sportinfo.az xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib.

C seriyasında çıxış edən “San Bernardo”nun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib.

Orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb.

Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.

Felipe Dioqo “Kruzeyro”, “Botafoqo” və “Avai” klublarının aşağı yaş qruplarında oynayıb.//Report

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi