Hava limanında saxlanıldı - Ətir oğurlayırmış

28 Aprel 2024 01:30 Hadisə 838
Hava limanında saxlanıldı - Ətir oğurlayırmış

Tanınmış basketbol hakimi Matey Boltauzer idarə etdiyi “Partizan”– “Monako” matçından sonra Belqrad hava limanında ətir oğurlayarkən saxlanılıb.

Sportinfo.az xəbər verir ki, ötən ilin dekabrın 5-də baş verən bu hadisədən sonra sloveniyalı referi nəzarətə götürülüb.

M.Boltauzerin hava limanının mağazasından 221 avro dəyərində ətir oğurladığı müəyyən edilib.

Təhlükəsizlik əməkdaşları tərəfindən cinayət başında yaxalanan hakim hadisə yerində əməlini etiraf edib. Nəticədə o, 30 min dinar cərimə ödəyib və sərbəst buraxılıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...