Vətən müharibəsi qazisi döyüldü - Qusarda 2 nəfər saxlanıldı

10 İyun 2024 15:30 Hadisə 1 006
Vətən müharibəsi qazisi döyüldü - Qusarda 2 nəfər saxlanıldı

Qusarda Vətən müharibəsi qazisini döyən 2 nəfər polis tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qusar şəhərində yerləşən kafedə şəhər sakinləri Samir Qaçayev və Teyfur Xankişiyevin xuliqanlıq zəminində oranın icarədarı Mucuq kənd sakini 1991-ci il təvəllüdlü 2-ci Qarabağ müharibəsi qazisi Ruslan Kübərovu döyərək xəsarətlər yetirməsi müəyyən edilib.

Hər iki şəxs artıq saxlanılıb.

R.Kübarov Vətən müharibəsindən sonra “Cəbrayıl”ın, “Füzuli”nın, “Kəlbəcər”in, “Şuşa”ın azad edilməsinə görə medalları, həmçinin “Hərbi Xidmətdə Şücaətə” görə medalı ilə təltif edilib.

Qazi xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı kafedə baş vermiş mübahisənin Qusar Rayon Mərkəzi Xəstəxanasında da davam etdirildiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”