Alvaro Morata və həyat yoldaşı Alis yenidən ayrılıblar.
Sportinfo.az xəbər verir ki, cütlük rəsmi olaraq ayrıldıqlarını təsdiqləməyib, amma artıq birlikdə yaşamırlar.
Alvaro və Alis həmçinin biznes aktivlərini bölüşdürməyə başlayıblar: bu yaxınlarda Alis futbolçunun bütün aktivlərini idarə edən “Tamora” şirkətinin həmmüdiri vəzifəsindən istefa verib.
Alvaro bu yaxınlarda verdiyi müsahibədə demişdi: “Biz əziyyət çəkirik, çünki bir-birimizi sevən, lakin bir-birini başa düşməyən iki insanıq”.
Onlar 2016-cı ildə görüşməyə başlayıblar, tez bir zamanda evləniblər və dörd uşaq böyüdürlər.
Cütlük 2024-cü ilin yayında ayrıldı, lakin Yeni ilə qədər yenidən bir araya gəldi. Daha sonra yenidən ayrılıq baş verdi.
.webp)

