AFFA vasitəsilə güzəşt əldə edəcəklər - Əməkdaşlığa başladılar

01:20 Hadisə 104
AFFA vasitəsilə güzəşt əldə edəcəklər - Əməkdaşlığa başladılar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Yohan Kroyff İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məluat yayıb.

Əməkdaşlıqda məqsədin qarşılıqlı əməkdaşlıq çərçivəsində idman və futbol sahəsində istedadların inkişafına, bilik və bacarıqların artırılmasına töhfə vermək olduğu bildirilib.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda bu institutun proqramlarında təhsil almaq istəyən şəxslər AFFA vasitəsilə daha əlçatan və güzəştli şərtlərlə iştirak edə biləcəklər. Bu imkan digər idman federasiyaları üçün də açıqdır.

Təşəbbüs yerli mütəxəssislərin beynəlxalq səviyyəli təhsil imkanlarından yararlanmasını təşviq edəcək, tərəflər arasında bilik və təcrübə mübadiləsini gücləndirəcək.

Yohan Kroyff İnstitutu idman idarəçiliyi, futbol biznesi, marketinq və liderlik sahələrində ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir.

1999-cu ildən fəaliyyət göstərən institut hazırda 90-dan çox proqram təqdim edir və 11 mindən artıq məzunu ilə geniş qlobal şəbəkəyə malikdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 18:10 Çək və bizə göndər!
24 Aprel 03:40 “Geri qaytara bildim”