Baş katib “Qarabağ”a görə Avropa səfərini yarımçıq qoyub Bakıya qayıtdı

15:00 Hadisə 210
Baş katib “Qarabağ”a görə Avropa səfərini yarımçıq qoyub Bakıya qayıtdı

«Sabah» və «Qarabağ» arasında keçirilən ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçı (2:1) AFFA-nın baş katibi planlarında dəyişikliyə səbəb olub.

O, Masazırda keçirilən qarşılaşmada baş verən hakim qalmaqalına görə təcili İsveçrədən Azərbaycana qayıdıb.

İşinə məsuliyyətlə yanaşan federasiyanın rəhbər şəxsi Bakıya dönərək, iclas keçirib.

Hakimlər Komitəsinin (HK) sədri Rəhim Həsənovla toplantı təşkil edən baş katib son olayları araşdırıb, rəy alıb.

Fərəcullayev klubların hakimlikdən artan narazılığına toxunub, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətdə müvafiq tapşırıqlar verib.

Komitə sədrinə bəzi iradlar bildirən baş katib qeyd edib ki, mövsümün axır həftələri daha gərgin keçəcək.

Odur ki, HK bu çətinliklərin öhdəsindən gəlmək yolunda fəallığını artırmalı, «fit sahibləri»ni daha ciddi təlimatlandırmalıdır.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!