Tanınmış azərbaycanlı FIFA agenti Budapeşt forumunda: Qlobal transfer hədəfləri - FOTOLAR

17:40 Hadisə 113
Tanınmış azərbaycanlı FIFA agenti Budapeşt forumunda: Qlobal transfer hədəfləri - FOTOLAR

Azərbaycan futbol menecmentinin beynəlxalq arenada təmsilçiliyi yeni mərhələyə qədəm qoyur.

Ölkəmizi qlobal futbol bazarında aktiv şəkildə təmsil edən “Asadov Pro Bridge” agentliyinin rəhbəri, FIFA lisenziyalı agent Emil Əsədov Macarıstanın paytaxtında keçirilən “Football Forum Hungary 2026” beynəlxalq konfransında iştirak edib.

“Puşkaş Arena”da futbolun nəbzi: 3 günlük intensiv proqram

Budapeştin məşhur “Puşkaş Arena”sında baş tutan forum regionun futbol elitasını bir araya gətirib. Üç gün davam edən tədbir təkcə nəzəri konfranslarla deyil, həm də praktiki görüşlər və genişmiqyaslı "networking" (işgüzar əlaqələr) imkanları ilə yadda qalıb.

Emil Əsədov forum çərçivəsində keçirilən panel müzakirələrində iştirak edərək, müasir futbolun inkişaf modelləri, rəqəmsal skautinq və transfer strategiyaları barədə aparıcı mütəxəssislərin təcrübələrini yaxından izləyib. Forumun əsas mövzularından biri olan "Regionlarda skautinq və transfer idarəçiliyi" mövzusu agentlik üçün xüsusi əhəmiyyət kəsb eləyib.

“Asadov Pro Bridge”in qlobal vizyonu

Fəaliyyətə başladığı ilk gündən qlobal bazara inteqrasiyanı əsas hədəf seçən “Asadov Pro Bridge” agentliyi bu tipli mötəbər tədbirlərdə mütəmadi iştiraka xüsusi önəm verir.

Emil Əsədovun Sportinfo.az-a bildirdiyinə görə, müasir futbol agenti təkcə yerli bazarı deyil, dünya futbolundakı trendləri diktə edən mərkəzləri də dərindən tanımalıdır:

“Bizim agentlik olaraq əsas məqsədimiz dünya futbol ailəsinin ayrılmaz parçasına çevrilməkdir. Qlobalda işləməyi qarşısına məqsəd qoyan hər bir agentlik bu cür platformalarda mütləq təmsil olunmalıdır.

Burada keçirdiyimiz 3 gün ərzində yeni əlaqələr qurmaqla yanaşı, həm də beynəlxalq transfer bazarlarının bizdən nə gözlədiyini daha aydın gördük”.

Azərbaycan futboluna maraq və yeni əməkdaşlıqlar

Forum müddətində Emil Əsədov bəzi klub rəhbərləri, idman direktorları və beynəlxalq skautlarla fərdi görüşlər keçirib. Bu görüşlərin əsas mövzusu Azərbaycan futbolunun tanıdılması, yerli istedadlarımızın xarici klublara inteqrasiyası və qarşılıqlı əməkdaşlıq platformalarının yaradılması olub.

Agent qeyd edib ki, beynəlxalq transfer imkanlarını artırmaq üçün xarici klub rəhbərləri ilə birbaşa təmasda olmaq vacibdir:

“Məqsədimiz təkcə oyunçu transfer etmək deyil, həm də Azərbaycan futboluna olan marağı artırmaqdır.

Xarici klub rəhbərləri ilə müzakirələrimizdə ölkəmizdəki futbol mühiti və perspektivli gənclər haqqında ətraflı məlumatlar paylaşırdıq. Bu cür networking görüşləri gələcəkdə həyata keçirəcəyimiz böyük transfer layihələrinin bünövrəsini qoyur”.

Növbəti dayanacaqlar və hədəflər
“Football Forum Hungary 2026” Emil Əsədov və onun rəhbərlik etdiyi agentlik üçün növbəti uğurlu mərhələ hesab oluna bilər.

“Asadov Pro Bridge” bundan sonra da qitənin müxtəlif nöqtələrində keçirilən futbol forumlarına qatılaraq Azərbaycanın təmsilçilik missiyasını davam etdirmək niyyətindədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 21:20 Layiqli çempionluq!
23 Aprel 20:00 Qəsd və qələt!