Premyer Liqanın autsayderi kisənin ağzını açdı, oradan nə qədər pul çıxdı?

09:40 Hadisə 190
Premyer Liqanın autsayderi kisənin ağzını açdı, oradan nə qədər pul çıxdı?

Premyer Liqanı asanlıqla tərk etmək istəməyən «Karvan» son həftələrdə nisbətən toparlanmış kimi görünür.

15 ildən sonra elitaya dönmüş Yevlax təmsilçisi çempionatın axır iki turunda aktivinə 6 xal yazıb.

Aran komandası doğma publika önündə «Kəpəz»ə 4:1, «Şamaxı»ya 1:0 hesabıyla qalib gəlib.

Klub rəhbərliyi qeydə alınan nəticələrə görə səxavətli hərəkət edib. «Kəpəz»lə matça görə futbolçuların hər birinə 1000 manat mükafat verilib.

«Şamaxı» ilə qarşılaşmanın maddi qarşılığı da bu qədərdir – sadəcə, ödəmə hələ olmayıb.

«Karvan» 28 tura topladığı 14 xalla turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb.

11-ci sıradakı «Qəbələ»dən 5, bir üst mövqedəki «Kəpəz»dən 7 xal geri qalırlar.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!