Meydana çıxmaqdan imtina etdilər, AFFA üç komandanı cəzalandırdı

08:30 Hadisə 116
Meydana çıxmaqdan imtina etdilər, AFFA üç komandanı cəzalandırdı

AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Liqasında baş tutan "Yasamal Bakı" – "Mübariz" FA qarşılaşmasında meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçuların iştirakı aşkarlanıb.

Bu səbəbdən paytaxt təmsilçisinin nəticəsi ləğv olunub və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni liqada keçirilməli olan "European Football Academy" – "Young Pro" oyunu qonaqların meydana çıxmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Nəticədə "Young Pro" kollektivi texniki məğlubiyyət alıb.

"Liman" UFK – "Araz Bakı" matçında Liman təmsilçisinin heyətində cəzalı futbolçu Elşad Qafarlının meydana çıxdığı müəyyənləşib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyətlə üzləşib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi