Azərbaycanda işləyən baş məşqçinin yerinə kimi gətirirlər?

14 Yanvar 03:20 Hadisə 635
Azərbaycanda işləyən baş məşqçinin yerinə kimi gətirirlər?

Çinin “Şanxay Şenxua” klubu “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin boşluğunu doldurmağa yaxındır.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin əfsanəvi futbolçularından sayılan Oleq Veretennikov Asiyaya yollanmağa hazırlaşır.

Belə ki, Vasili Berezutskinin gedişindən sonra özünə yeni köməkçi axtaran Leonid Slutski rəhbərlikdən Veretennikovun gəlişini istəyib.

Əvvəllər “Tobol”, “Rotor”, “Luç-Enerji”, “Rubin”, “Kuban” kimi klublarda işləmiş 55 yaşlı Veretennikov ötən ilin sentyabrından işsizdir.

Berezutski ötən ilin noyabrında “Şanxay Şenxua”dan ayrılaraq “Sabah”ın “sükanı arxasına” keçib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Fevral 17:00 “Bu, bizə mane olurdu”
15 Fevral 08:40 Azərbaycan 28-ci pillədə