COP29

Meydanda ayağını qırdı, xəstəxanada ziyarətinə getdi - FOTO

10 Dekabr 2024 09:20 Hadisə 585
Meydanda ayağını qırdı, xəstəxanada ziyarətinə getdi - FOTO

"Sabah"ın forvardı Pavol Safranko oyun zamanı ayağına xəsarət yetirdiyi "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçini ziyarət edib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Turan Tovuz” - “Sabah” oyunu zamanı sözügedən futbolçuların top uğrunda mübarizəsi zamanı Marandiçinin ayağı qırılıb.

Slovakiyalı hücumçunun qüvvətli zərbəsi topa deyil, Marandiçinin arxadan topuq nahiyəsinə dəyib.

Safranko Marandiçini xəstəxanada ziyatət edib. O, bununla bağlı şəkli öz İnstaqram hesabında paylaşıb və yazıb: "Sənə tez sağalmağı arzulayıram, döyüşçü".

Denis Marandiçi bir neçə gün əvvəl əməliyyat olunub. O, bir neçə ay meydana çıxa bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti