Kadi debüt etdi, sabiq “Qarabağ”lı “Vest Hem”ə qol vurdu

16 İyul 2024 09:00 Hadisə 6 928
Kadi debüt etdi, sabiq “Qarabağ”lı “Vest Hem”ə qol vurdu

“Ferentsvaroş” yoxlama oyununda “Vest Hem”lə üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Macarıstan təmsilçisi ilk hissədən sonra hesabda öndə olsa da, yekunda qələbəni əldən verib - 2:2.

Matçda hesabı “Qarabağ”ın sabiq hücumçusu Kvabena Ovusu açıb. Qanalı forvard 25-ci dəqiqədə İngiltərə təmsilçisinin qapısına yol tapıb.

Matça ehtiyat oyunçular skamyasından başlayan digər sabiq “Qarabağ”lı Kadi Borges isə ikinci hissədə meydana daxil olub.

76-cı dəqiqədə Habib Maiqanın əvəzinə oyuna qoşulan Kadi bununla da yeni klubunda debüt edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq