COP29

Nəriman formaları səhv saldı, ara qarışdı, Qurban Qurbanov bunu gördü və… VİDEO

25 Fevral 16:30 Hadisə 7 651
Nəriman formaları səhv saldı, ara qarışdı, Qurban Qurbanov bunu gördü və… VİDEO

«Qarabağ»ın «Braqa» ilə cavab qarşılaşmasının qəhrəmanı Nəriman Axundzadə oldu.

Əlavə vaxtda meydana daxil olan gənc hücumçu 120+2-ci dəqiqədə turun taleyini müəyyənləşdirdi.

«Köhlən atlılar» məhz onun vurduğu qolla adını Avropa Liqasının 1/8 final mərhələsinin iştirakçıları sırasına daxil etdi.

Demə, lənkəranlı forvard meydana daxil olmazdan az öncə kuryoz hadisə ilə üzləşib. Həyacandan özünü itirmiş Nəriman səhvən komanda yoldaşı Abbas Hüseynovun formasını geyinib.

Bu, klub əməkdaşlarının gözündən yayınmayıb və onların xəbərdarlığından sonra Axundzadə tez-tələsik onu əynindən çıxarıb.

Epizod Qurban Qurbanovun da diqqətini çəkib. Baş məşqçi oyunçusuna tələsməyi tapşırıb.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"