COP29

Azərbaycanlı futbol funksionerindən MÖHTƏŞƏM QOL - VİDEO

7 Dekabr 2023 14:20 Hadisə 497
Azərbaycanlı futbol funksionerindən MÖHTƏŞƏM QOL - VİDEO

Peşəkar Futbol Liqasının prezidenti təkcə bacarıqlı idarəçi deyil.

O, həm də yaxşı futbol oynamağı bacarır.

Səmədov hələ uşaq yaşlarından dostları ilə birlikdə həvəskar səviyyədə futbol oynayıb, müxtəlif turnirlərdə şərəfini qoruduğu komandalarnın kapitan sarğısını daşıyıb.

Elxan bəy hazırda futzal üzrə keçirilən Birinci Liqada iştirak edən “PFL FK”nın şərəfini qoruyur ki, burada da komandasının əsas üzvlərindəndir.

Sözügedən turnirin 7-ci turu çərçivəsində baş tutan “Metropoliten” -“PFL FK” qarşılaşması 14:0 hesabı ilə futbol qurumun xeyrinə başa çatıb.

PFL başqanı, həm də komandanın kapitanı qarşılaşmada son nöqtəni qoyub. Qol da nə qol?

Meydanın özlərinə aid hissəsindən baxımlı zərbə ilə topu tora qovuşdurmaqla oyunu izləyənlərin alqışını qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Möhtəşəm qolu aşağıdakı videoda izləyə bilərsiniz.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"