Bakıda Ukrayna üçün futbol oynayan Putin - FOTO

9 May 2023 20:20 Hadisə 635
Bakıda Ukrayna üçün futbol oynayan Putin - FOTO

Sportinfo.az xəbər verir ki, Bakıda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir keçirilib.

On yığma komanda arasında Ukrayna yığması da var ki, öz heyəti ilə ilk oyundan diqqət çəkib.

Belə ki, komandada Putin soyadlı futbolçu oynayıb. 16 nömrə altında çıxış edən Viktor Putin hətta qrup mərhələsində Cənubi Afrika ilə matçda (6:1) vurduğu qolla da fərqlənib.

Ukraynalı futbolçu soyadına görə tez-tez həmyerlilərinin inamsızlığı ilə üzləşir.

O, bununla bağlı “Teleqraf.com.ua”ya müsahibəsində bildirib ki, bunu anlayışla qarşılayır, lakin bəzən ona və ailəsinə qarşı hədə-qorxu gəlinir.

Yeri gəlmişkən, yarımmüdafiəçinin atasının adı da Vladimir olduğu üçün onu hətta telefonla da hədələyirlər.

Futbolçu Polşada yaşayır və aşağı divizion klublarından birində oynayır. O, həmçinin xeyriyyəçiliklə də məşğul olur və bununla doğma ölkəsinə kömək edir.

Digər Xəbərlər
Xəbər Lenti