
“Üzülürəm ki, Azərbaycan futboluna şərəflə xidmət etmişəm".
Sportinfo.az xəbər verir ki, bunu mövsümün sonunda karyerasını bitirən qapıçı Kamal Bayramov sosial şəbəkə hesabında yazıb.
Veteran qolkiper karyerasında müsbət məqamların az olmasını vurğulayıb: "Sual edirlər, illərdir futbolda nəyə sevindin, nəyə üzüldün? Sevindiyim məqam azdır”.
Kamal Bayramov karyerası ərzində "Neftçi", "Muğan", "Turan Tovuz", "Xəzər Lənkəran", "Rəvan", "Araz-Naxçıvan", AZAL, "Zirə", "Səbail" və "Şamaxı"da çıxış edib.