“Sabah”ın prezidenti cəriməni ödədi, “Qarabağ”lılar sərbəst buraxıldı

3 İyun 17:20 Hadisə 738
“Sabah”ın prezidenti cəriməni ödədi, “Qarabağ”lılar sərbəst buraxıldı

“Qarabağ” və “Sabah” arasında keçirilən Azərbaycan Kubokunun final görüşündə (2:3) insident baş verib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Sabah”ın azarkeş qrupu məlumat yayıb. Paylaşımda belə deyilir:

“Dünən baş tutan “Sabah” – “Qarabağ” futbol matçı zamanı baş verən müəyyən anlaşılmazlıq nəticəsində 8 azarkeş üzvümüz hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bölməyə aparılıb.

Bu xüsusda, azarkeşlərimizin hüquqlarının qorunması və məsələni anlayışla yanaşıb dərhal müsbət istiqamətdə həll etdiyi üçün “Sabah” FK-nın prezidenti cənab Maqsud Adıgözəlova xüsusi təşəkkürümüzü bildiririk.

Cənab Adıgözəlovun tərəfdaşlığa və futbolsevərlərə olan hörmətini bir daha nümayiş etdirən bu addımı, futbol ictimaiyyəti üçün nümunəvi yanaşmadır.

Biz, Sabah azarkeşləri olaraq, stadionların hər zaman təhlükəsiz, dostyana və idman ruhuna uyğun mühitə sahib olması üçün çalışan hər kəsə təşəkkür edirik.

Bu cür anlayışlı və ədalətli münasibət futbolumuzun inkişafı üçün vacib amillərdəndir. Birlik və qarşılıqlı hörmətlə Azərbaycan futbolunu daha da yüksəklərə daşıyacağımıza inanırıq”.

Saxlanan azarkeşlər içərisində “Qarabağ” fanatları da olub. “Sabah” rəhbərliyi onların da cərimələrini ödəyərək, sərbəst buraxılmalarına nail olub.

Digər Xəbərlər
Xəbər Lenti