Emin Ağalarov əkizləri ilə millimizin qələbəsinə nec sevindi? - VİDEO

4 İyun 2025 09:20 Hadisə 745
Emin Ağalarov əkizləri ilə millimizin qələbəsinə nec sevindi? - VİDEO

Xalq artisti Emin Ağalarov Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı matçını əkizləri Əli və Mikayılla birgə izləyib.

Sportinfo.az xəbər verir ki, sənətçi həmin görüntüləri sosial media hesabında yayımlayıb.

O, övladlarının istəyi sayəsində matçı izləməyə getdiklərini bildirib. Görüntülərdə Eminlə oğullarının futbolçularımızın qələbəsinə sevindiyi anlar da əks olunub.

Azərbaycan minifutbol yığması Bakıda keçirilən dünya çempionatının qalibi olub.

Komandamız final görüşündə Macarıstanı 4:2 hesabı ilə məğlub edərək qızıl medallara sahib çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi