İsveç millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra dava etdi

28 Mart 2023 01:50 Hadisə 1 263
İsveç millisinin baş məşqçisi Azərbaycanla oyundan sonra dava etdi

İsveç millisinin baş məşqçisi Yanne Andersson AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan ilə keçirilən oyundan sonra yerli mütəxəssis Boyan Corciçlə dava edib.

Sportinfo.azxəbər verir ki, 5:0 hesabı ilə qalib gəldikləri qarşılaşmanın ardından “Viaplay TV”nin studiyasına yollanan 63 yaşlı mütəxəssis komandasının çıxışını dəyərləndirib.

Ardından Boyan Corciç 4-cü qolun müəllifi olan Yesper Karlssona az oyun şansı verilməsindən gileylənib.

Buna qəzəblənən Andersson onunla mübahisəyə girişib, hətta İsveç millisinin sabiq futbolçusunun üzərinə hücum çəkib. Daha sonra o, əsəbi şəkildə studiyanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti