"Gent"in "Qarabağ"la oyunlar üçün son iştirak ərizəsi

4 Fevral 2023 15:00 Hadisə 597
"Gent"in "Qarabağ"la oyunlar üçün son iştirak ərizəsi

Belçika "Gent"inin "Qarabağ"la UEFA Konfrans Liqasının pley-off mərhələsinin oyunları üçün iştirak ərizəsi dəqiqləşib.

Sportinfo.az xəbər verir ki, əsas siyahıda 23 futbolçu yer alıb. Onların 2-si qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

B siyahısına isə 6 oyunçunun adı daxil edilib.

“Qarabağ”la “Gent” arasında ilk oyun fevralın 16-da Bakıda, cavab qarşılaşması isə 23-də Gentdə baş tutacaq.

Qapıçılar: 1.Pol Nardi (Fransa), 33.Deyvi Rof

Müdafiəçilər: 2.Cozef Okumu (Keniya), 4. Kamil Pyontkovski (Polşa), 5.Mişel Nqadye-Nqacui (Kamerun), 14.Alessio Kastro-Montes, 23.Cordan Torunariqa (Almaniya), 25.Nurio Fortuna (Portuqaliya), 31.Bruno Qodo, 35.Sederik van Dale

Yarımmüdafiəçilər: 7.Xönseok Xon (Cənubi Koreya), 8.Vadis Ocica-Ofoe, 13.Jülyen De Sart, 17.Endryü Hülsager (Danimarka), 18.Matiss Samuaz, 22.Seleyman Marre (Qambiya), 24.Sven Kums

Hücumçular: 9.Darko Lemayiç (Serbiya), 10.Yens Petter Hauqe (Norveç), 11.Uqo Kuypers, 20. Gift Orban, 29.Loran Depuatr, 34.Tarik Tissaudali

B siyahısı

Qapıçı: 40.Rene Vanden Borre

Müdafiəçilər: 15.Bram Laqe, 27.Rune van den Berq

Yarımmüdafiəçilər: 12.Noa de Ridder, 28.Robbi van Hater

Hücumçu: 19.Malik Fofana

Digər Xəbərlər
Xəbər Lenti