"Turan Tovuz" istədiyi pulu toplamağa nail oldu – SİFARİŞ ETDİLƏR

8 Avqust 2022 11:00 Hadisə 1 300
"Turan Tovuz" istədiyi pulu toplamağa nail oldu – SİFARİŞ ETDİLƏR

"Turan Tovuz" yeni avtobus sifariş edib.

Əsas komanda üçün nəzərdə tutulan nəqliyyat vasitəsi yaxın günlərdə kluba təqdim olunacaq.

Bilindiyi kimi, Futbolun İnkişaf Fondu (FİF) 2022/2023 mövsümündən Premyer Liqada iştirak etmək üçün lisenziya əldə edən "Turan Tovuz"a dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Turan 100k” layihəsini ərsəyə gətirib.

Layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır. Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdirilib.

1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

Azarkeşlər 30 illik yubileyini qeyd edən Azərbaycanın ilk rəsmi Peşəkar Futbol Klubu olan “Turan Tovuz”a dəstək məqsədilə ianə edərkən, aldıqları piksellərə öz şəkillərini yerləşdirə bilərlər.

İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.

Fəaliyyətini dayandırmış "Karvan" və "Xəzər Lənkəran"ın sabiq legioneri "Turan 100K" layihəsi üçün ianə edib. Fil Dişi Sahilindən olan 46 yaşlı keçmiş hücumçu "Turan Tovuz"a avtobus alınması üçün 15 manat ödəyib.

Klubun avtobusu üzərinə onun da fotosu yer alacaq. Bamba bu addımını 2005/2006 mövsümündə Azərbaycanda ilk qolunu "Turan"a vurması ilə əlaqələndirib.

İanə edənlər arasında FİF-in icraçı direktoru Tural Piriyev də var. O, "bölgə futboluna sahib çıxaq" şüarı ilə 60 manat köçürüb.

1 (15 manat), 4 (60 manat), 9 (135 manat) və 16 (240 manat) pikseldən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq.

Artıq piksellərin əksəriyyəti öz sahibini tapıb və nəzərdə tutulan məbləğin 90 min manata yaxın məbləğ yığılıb. Yerli İcra Hakimiyyəti və iş adamları prosesdə fəal iştirak edir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti