Kapitanı da dəyişdilər

5 Avqust 2022 18:50 Hadisə 597
Kapitanı da dəyişdilər

Dörd illik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasına qayıdan "Kəpəz"in kapitanı dəyişib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra kapitanlıq sarğısını Tural Axundov daşıyacaq.

34 yaşlı müdafiəçi 2015/2017 mövsümlərində də "sarı-göylər"in kapitanı olub.

Əli Səmədov və Rauf Əliyev isə Gəncə təmsilçisinin vitse-kapitanları olacaq.

"Kəpəz" ilk turda bu gün "Dalğa Arena"da "Zirə"ni qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti