“Ermənistanın cavabını gözləyirik” - Prezidentin köməkçisi

20 Yanvar 2022 14:30 Hadisə 1 179
“Ermənistanın cavabını gözləyirik” - Prezidentin köməkçisi

“Cənab Prezident Azərbaycan mediasına geniş müsahibə verdi və bu müsahibədə ölkəmizin ictimai, siyasi, sosial həyatındakı məsələlər, eləcə də, Ermənistanla Azərbaycan arasındakı münasibətlərlə əlaqədar media nümayəndələrinin suallarını cavablandırdı”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasının əsasını təşkil edə biləcək məsələlər, potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”, - o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti