Azərbaycanlı futbolçu dedi: “Xanımımla gecə klubunda tanış olmuşam” - SEVGİ DOLU FOTOLAR

16 Yanvar 2022 22:40 Hadisə 3 650
Azərbaycanlı futbolçu dedi: “Xanımımla gecə klubunda tanış olmuşam” - SEVGİ DOLU FOTOLAR

"Açığı, indi bunu xatırlamaq mənim üçün çətindir, çünki 17 il əvvəl olub”.

Sportinfo.az xəbər verir ki, bu sözlər Aleksandr Səmədova aiddir.

Yaxınlarda karyerasını bitirən azərbaycanlı futbolçu xanımı Yuliya Səmədova ilə tanışlığından söz açıb:

“Onunla gecə klubunda tanış olmuşam. Yadımdadır ki, musiqi çalınırdı və mən ona yaxınlaşdım.

Bəlkə də yaxınlaşmasaydım, evlənməyəcəkdik. İndi hər şey yaxşıdır, mənim üçün 3 oğul dünyaya gətirib".

Səmədov həyat yoldaşına necə evlənmə təklifi etdiyini də açıqlayıb:

"Romantik insanlar bu prosesə diqqətlə hazırlaşırlar. Mən o kateqoriyaya aid deyiləm.

Məndə hər şey ordudakı kimidir. Ona yaxınlaşıb artıq evlənmək vaxtımızın çatdığını dedim. Çox sevindi".

Digər Xəbərlər
Xəbər Lenti