Kamerun Afrika Millətlər Kubokunda ilk 1/8 finalçıdır - VİDEO

14 Yanvar 2022 01:40 Hadisə 467
Kamerun Afrika Millətlər Kubokunda ilk 1/8 finalçıdır - VİDEO

Afrika Millətlər Kubokunda ilk 1/8 finalçı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Kamerun yığması A qrupunda ardıcıl ikinci qələbə sayəsində vaxtından əvvəl pley-offa adlayıb.

Təşkilatçı ölkə millisi bu dəfə Efiopiyanı böyük hesabla məğlub edib - 4:1.

Qolları 8-ci və 67-ci dəqiqələrdə Karl Ekambi, 53-cü və 55-ci dəqiqələrdə Vensan Abubakar vurub. Efiopiyadan isə 4-cü dəqiqədə Dava Hotessa fərqlənib.

Qrupun digər matçında Burkina-Faso yığması Kabo-Verdeni minimal hesabla yenib.

Yeganə qolu 39-cu dəqiqədə Burema Bande vurub. Məğlub komandanın heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Patrik Andrade 73-cü dəqiqəyədək meydanda olub.

Bu nəticələrdən sonra Kamerun 6, Burkina-Faso və Kabo Verde hərəyə 3 xala malikdir, Efiopiya isə xalsızdır.

Afrika Millətlər Kubokunda 24 yığma 6 qrupda mübarizə aparır. Hər qrupdan 2 ən güclü komanda və 3-cü yer sahiblərindən 4-ü 1/8 finala yüksələcək.

Kamerun - Efiopiya

Qollar: Karl Toko Ekambi, 8, 67, Vinsent Abubakar, 53, 55 - Dukele Dava Hotessa, 4

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...