Mahir "Lester"ə penaltidən qol vura bilmədi, sonra… FOTO

26 Noyabr 2021 00:50 Hadisə 434
Mahir "Lester"ə penaltidən qol vura bilmədi, sonra… FOTO

"Legiya"nın futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirdikləri Avropa Liqasının qrup oyununda qol şansını əldən verib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu 25-ci dəqiqədə penaltidən yararlana bilməyib. Onun zərbəsini meydan sahiblərinin qapıçısı Kasper Şmeyxel dəf edib.

Buna baxmayaraq, qonaqlar epizodun davamında fərqlənə biliblər.

Filip Mladenoviç qolkiperin qaytardığı topu təkrar zərbə ilə qapıdan keçirib. Serbiyalı müdafiəçi bu qolla hesab arasındakı fərqi azaldıb - 1:2.

Digər Xəbərlər
Xəbər Lenti