FOTO - “Qarabağ”a görə bu futbolçunu milliyə buraxmadılar

23 Oktyabr 2021 12:40 Hadisə 1 095
FOTO - “Qarabağ”a görə bu futbolçunu milliyə buraxmadılar

Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Kayrat”ın futbolçusu Quljiqit Alıkuliv Qırğızıstanın olimpiya yığmasına çağırılıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”la Bakıdakı qarşılaşmadan sonra Almatı təmsilçisinə bununla bağlı faks yollansa da, rədd cavabı verilib.

Qazaxıstan klubu 21 yaşlı yarımmüdafiəçisini Qırğızıstanın U-23 yığmasına buraxmayacağını bəyan edib.

Klub rəhbərliyi ölkə çempionatındakı vacib matçlar və noyabrın 4-də “Qarabağ”la IV tur qarşılaşmasını nəzərə alaraq bu addımı atdığı barədə qarşı tərəfi məlumatlandırıb.

Qırğızıstanın U-23 yığması Asiya Kuboku-2022-yə vəsiqə uğrunda mübarizə aparacaq. Komanda BƏƏ (24 oktyabr), Oman (27 oktyabr) və Hindistanla (30 oktyabr) E qrupu çərçivəsində üz-üzə gələcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən III tur matçında “Qarabağ” “Kayrat” üzərində 2:1 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti