“Mən oğluma demişəm ki, ölməmiş…“ - Ronaldonun anasının vəsiyyəti

22 Sentyabr 2021 15:20 Hadisə 572
“Mən oğluma demişəm ki, ölməmiş…“ - Ronaldonun anasının vəsiyyəti

Kriştiano Ronaldonun anası Mariya Dolopes Aveyru oğlu ilə bağlı gələcək arzusu haqda danışıb.

Sportinfo.az xəbər verir ki, Mariya Ronaldonu “Sportinq” formasında da görmək istədiyini bildirib.

O, ölməmişdən əvvəl bu arzusuna çatacağına ümid edir:

“Mən artıq oğluma demişəm ki, ölməmiş, sənin “Sportinq” formasında necə oynadığını görmək istəyirəm. Yox, əgər bu, Ronaldo olmayacaqsa, onda oğlu olsun. O, Kriştianodan da yaxşı oynayır”.

Ronaldo yayda “Yuventus”dan “Mançester Yunayted”ə keçib. O, MY ilə 2+1 illik müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!