Mahirin baş məşqçisi 3 şüşə pivə açdı - FOTO

16 Sentyabr 2021 14:20 Hadisə 713
Mahirin baş məşqçisi 3 şüşə pivə açdı - FOTO

“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Spartak”la keçirilən oyundan sonrakı mətbuat konfransındakı hərəkəti ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Mixneviç mətbuat konfransında 3 pivə şüşəsinin qapağını açıb.

O, pivələrdən birini özü içib, birini tərcüməçiyə verib, birini isə onunla birgə mətbuat konfransına gələn futbolçuya.

Onun bu hərəkəti sosial şəbəkələrdə geniş müzakirə olunub.

Hətta Çeslavın davranışını Avropa çempionatında Kriştiano Ronaldonun hərəkəti ilə də müqayisə ediblər. Həmin vaxt Ronaldo qazlı içkiləri nümayişkaranə surətdə kənara itələmişdi.

“Legiya” səfərdə “Spartak”a qalib gəlib – 1:0.

Digər Xəbərlər
Xəbər Lenti