“İstəyir ki, daha yaxşı kluba gedim”

24 İyun 2021 16:00 Hadisə 972
“İstəyir ki, daha yaxşı kluba gedim”

“Yerində danışıqlar aparmaq üçün bir müddət sonra özüm bu ölkəyə gedəcəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin sabiq baş məşqçisi Füzuli Məmmədov deyib.

Apreldən etibarən İran klubları ilə təmasa keçən mütəxəssis Arazın o tayına yollanmağa hazırlaşdığını bildirib:

“Menecerimlə gündəlik olaraq bu haqda danışırıq. O, öz tərəfindən lazım olan bütün işləri görür.

Bilirəm ki, hər iki liqadan bir neçə klubla danışıqlar aparır. Iddialısı da var, ortababı da.

Menecer də istəyir ki, daha yaxşı kluba gedim. Bunun üçün İranda mövsümün başa çatmasını gözləməliyik. Ona da cəmi 5 tur qalıb.

Çempionat bitsin, konkret təklif göndərən komanda rəhbərliyi ilə orada görüşəcəm.

Onlar da bilir ki, mən hazırda UEFA-nın təşkil etdiyi “Pro” kateqoriyalı kurslarda iştirak edirəm”.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?