1/8 finalın iki cütlüyü

22 İyun 2021 09:50 Hadisə 564
1/8 finalın iki cütlüyü

Avro-2020-də 1/8 finalın iki cütlüyü müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, C və B qrupunda keçirilən sonuncu turun oyunlarından sonra dəqiqləşib.

C qrupunda Ukrayna üzərindəki 1:0 hesablı qələbə sayəsində qrupunda 2-ci yer tutan Avstriya A qrupunu 1-ci pillədə tamamlayan İtaliya ilə qarşılaşacaq.

Londondakı "Uembli" stadionunda keçiriləcək sözügedən görüş iyunun 26-ı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

B qrupunda 2-ci yeri tutan Danimarka isə A qrupunun 2-cisi Uelslə qarşılaşacaq. İyunun 26-da keçiriləcək bu görüş Bakı vaxtı ilə 20:00-da başlayacaq. Bu cütün qalibi iyulun 3-də Bakıda keçiriləcək 1/4 final matçındakı tərəflərdən biri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!