Məşhur idmançı əkiz atası oldu - FOTO

22 İyun 2021 02:24 Hadisə 734
Məşhur idmançı əkiz atası oldu - FOTO

Əfsanəvi yamaykalı atlet Useyn Bolt əkiz atası olub.

Sportinfo.az xəbər verir ki, bu barədə 34 yaşlı idmançının özü instaqram səhifəsində yazıb.

O, rəfiqəsi Keysi Bennett, ötən ilin mayında dünyaya gəlmiş qızı Olimpiya Laytninq və yeni doğulmuş iki oğlu ilə fotolarını paylaşıb. Oğlanlara Seynt-Leo və Tander adları verilib.

Useyn Bolt qısa məsafəyə qaçış üzrə 8 qat olimpiya və 11 qat dünya çempionudur. O, idmançı karyerasını 2017-ci ildə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!