Rusiya MN-dən Qarabağ açıqlaması: Nə baş verib?

16 May 2021 16:30 Hadisə 2 783
Rusiya MN-dən Qarabağ açıqlaması: Nə baş verib?

Rusiya sülhməramlı kontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Sportinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyəti müntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri, pozuntularınvə müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!