Premyer Liqa klubunun avtobusunun yolu kəsildi, təkərləri partladıldı - FOTO

14 May 2021 15:40 Hadisə 1 714
Premyer Liqa klubunun avtobusunun yolu kəsildi, təkərləri partladıldı - FOTO

İngiltərə Premyer Liqasının 34-cü turundan təxirə salınmış “Mançester Yunayted” – “Liverpul” matçından əvvəl xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, “qırmızı şeytanlar”ın azarkeşləri klub rəhbərliyinə etiraz olaraq, qarşılaşmanın keçirilməsinə mane olmaq istəyib.

Belə ki, fanatlar “Liverpul”un avtobusunun yolunu kəsərək, təkərlərini partladıb. Avtobusda Mersisayd komandasının sadəcə iki məşqçisi olub.

“Liverpul”un oyuna yollanan əsas heyəti qarşılaşmanın keçiriləcəyi “Old Trafford” stadionuna başqa avtobusla gedib.

“Mançester Yunayted”in fanatları klubun sahibi – Qleyzerlər ailəsinə etiraz əlaməti kimi şəhərdə aksiyalar keçirirlər. Azarkeşlər Qleyzerlərin klubu satmasını istəyirlər.

“Mançester Yunayted” – “Liverpul” matçı qonaqların 4:2 hesablı qələbəsiylə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti