Azərbaycanda işləmiş məşqçinin ailəsi problem yaşadı - FOTOSESSİYA

2 May 2021 22:40 Hadisə 1 070
Azərbaycanda işləmiş məşqçinin ailəsi problem yaşadı - FOTOSESSİYA

“Keşlə”nin sabiq baş məşqçisi və vitse-prezidenti Anatoli Konkovun həyat yoldaşı xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, bunu Mariya Konkovanın özü açıqlayıb.

Ukrayna Futbol Federasiyasının sabiq prezidenti, futbolçu kimi Kuboklar kuboku və Superkubokun qalibi, AVRO-1972-nin finalçısının xanımı İndoneziyada istirahət etmək arzusunun güdazına gedib.

Mariya əziyyət çəkdiyi allergiyadan müalicə olunmaq, həm də serfinqlə məşğuliyyət üçün Asiya ölkəsinə səfər edib.

Lakin xanım və 7 aylıq körpəsi Aleksandra Cakartaya düşən kimi karantinə alınıb.

Mariya öncədən bunun üçün məsləhətli otel sifariş etsə də, həmin yer qapalı olduğundan ukraynalılar xoşagəlməz vəziyyətlə üzləşib. Onları sərt karantin üçün darısqal və havasız otaqda saxlayıblar.

Konkov 2004/05 mövsümündə “İnter” adlanan “Keşlə” ilə Azərbaycan kubokunun finalçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!