Rusiyalı deputat sərsəmlədi: “Sülhməramlılar Qarabağa həmişəlik gəlib”

6 Mart 12:50 Hadisə 3 316
Rusiyalı deputat sərsəmlədi: “Sülhməramlılar Qarabağa həmişəlik gəlib”

Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin qalmaqallı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, videokörpü vasitəsilə keçirilən tədbir zamanı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib.

"Rusiya Dağlıq Qarabağa rəsmi olaraq 5 illik gəlsə də, düşünürəm ki, onlar həmişəlik gəliblər. Mən onu da düşünürəm ki, situasiya hazırda inkişaf etdiyi kimi qalsa, müyyən müddət sonra Zəngəzurdakı Rusiya qüvvələrinin gücləndirilməsi baş verəcək.

İnsanların Qarabağdan qaçmaması üçün vəziyyət bunu tələb edir. Ermənilərin öz tarixi torpaqlarında yaşaması bizim üçün vacibdir”- deyə Zatulin əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi