Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdi

4 Mart 2021 11:10 Hadisə 1 035
Ölən erməni əsgərin valideynləri oğullarına verilən medaldan imtina etdi

İkinci Qarabağ müharibəsində ölən 20 yaşlı erməni əsgər Edqar Doluxanyanın valideynləri oğullarına verilən medalı qəbul etməyiblər.

Sportinfo.az xəbər verir ki, bu barədə ölən hərbçinin anası Svetlana Doluxanyan feysbuk hesabında yazıb.

Onlar medala və onun təqdim olunma qaydasına etiraz ediblər. Valideynlər qeyd ediblər ki, oğullarına verilən medal onlara Edqarın əsgər yoldaşı tərəfindən çatdırılıb.

S.Doluxanyan, həmçinin oğlunun hərbi rütbəsinin sıravi əsgər deyil, çavuş kimi qeyd olunmasını və medalın daha təmtəraqlı təqdim edilməsini tələb edib.

"Əks təqdirdə bizə medal lazım deyil",- deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Sentyabr 18:10 Çək və bizə göndər!
29 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
29 Sentyabr 04:00 Məşhue cütlük ayrılıb?