Ermənilər Şuşada məğlub olan komandiri axtarır (TƏLƏB)

28 Fevral 2021 17:50 Hadisə 1 218
Ermənilər Şuşada məğlub olan komandiri axtarır (TƏLƏB)

Ermənilər Şuşada rüsvayçı məğlubiyyətə uğrayan komandirin axtarışına çıxıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Hraparak.am məlumat yayıb.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi göndərilən sorğuya - Şuşa istiqamətində məğlub olan hərbi birləşmələrə rəhbərlik edən komandirin adını açıqlamaq üçün bir ay vaxt tələb edib.

"Sorğunuza cavab olaraq bildirmək istərdik ki, sorğuda göstərilən məlumatları təqdim etmək üçün əlavə araşdırmalara ehtiyac var. Buna görə sorğunun cavabı Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə veriləcək", - nazirliyin cavabında deyilir.

Digər Xəbərlər
Xəbər Lenti