“Paşinyan qaçmağa məcbur olacaq” - Erməni siyasi ekspert

25 Fevral 15:30 Hadisə 117
“Paşinyan qaçmağa məcbur olacaq” - Erməni siyasi ekspert

“Ermənistan Baş Qərargahı qərarından dönməsə, Baş nazir Nikol Paşinyan qaçmağa məcbur olacaq”.

Sportinfo.az xəbər verir ki, bunu Ermənistanın siyasi eksperti Armen Badalyan “Sputnik Ermənistan”a açıqlamasında deyib.

“Bəyanatı təkcə Baş Qərargah rəisi Onik Qasparyan deyil, həm də bütün korpus rəhbərləri imzalayıb. Bu da bütün ordunun hökumətə qarşı olduğunu göstərir. Və Baş nazir tərəfdarlarına silah paylasa belə, silahlı qüvvələrə müqavimət göstərə bilməyəcək”,- deyə o qeyd edib.

Badalyan əlavə edib ki, hazırda Paşinyan heç bir iş görə bilməyən deputatlarına və polis qüvvələrinə güvənir.

Ekspertin fikrincə, onların arasında da Baş nazirə mütləq dəstək yoxdur. Belə ki, onlar ölkədəki mövcud rejimi canlarının bahasına müdafiə etməyəcəklər. Adi vətəndaşlara gəldikdə, Paşinyan başa düşür ki, onlar ordu qarşısında durmaq və onu qorumaq iqtidarında deyillər.

“Tərəfdarları azdır və toqquşmalar istisna edilmir. Əsgərlər şəhərə yeridilsə, Paşinyan və tərəfdarları da daxil olmaqla hamı dağılışacaq. Onlar qətiliklə kamikadze deyillər”,- deyə Badalyan bildirib.

Ekspert əlavə edib ki, səlahiyyətlilər orduya qarşı güc tətbiq edərsə, Onik Qasparyan silahlı çevrilişə cəhd edəcək və o zaman Paşinyan üçün ən pis ssenari baş verə bilər. Bu çərçivədə mütəxəssis Baş Qərargahın qərarının kortəbii olmadığını vurğulayıb.

Ekspert həmçinin, bu qərarın xarici amillərin təsiri də daxil olmaqla planlı addım olduğunu da istisna etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 22:00 32-ci dəfə çempion
21 Aprel 11:00 Əlbəyaxa futbol
21 Aprel 01:52 Salah kapitan seçildi