“Başqa variant yoxdur” - Paşinyan tərəfdarları qarşısına çıxdı: VİDEO

25 Fevral 2021 14:50 Hadisə 2 825
“Başqa variant yoxdur” - Paşinyan tərəfdarları qarşısına çıxdı: VİDEO

Ermənistan Baş naziri Nikol Paşinyan Respublika Meydanında tərəfdarlarının qarşısına çıxıb.

Sportinfo.az xəbər verir ki, Paşinyan mərkəzi küçədə gəzərək səs gücləndirici ilə tərəfdarları qarşısında çıxış edir.

“Birincisi, toqquşma təhlükəsi hər zaman var. Ancaq hamımız bunun Ermənistanda baş verməməli olduğu ilə razılaşmalıyıq.

Ən əsası, hamımızın sakit olmağımızdır. Ölkə içində düşmənimiz yoxdur. Bu, ən vacib həqiqətdir. Ancaq müzakirə edilməsi lazım olan suallar var”,- deyə Paşinyan qeyd edib.

Ermənistan Silahlı Qüvvələrinin hazırda kimə tabe olduğu soruşulduqda, Paşinyan “Xalqa və Baş nazirə”,- deyə cavab verib.

“Başqa variant yoxdur” ,- deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, çevriliş təhlükəsi nəzarət altındadır.

“Düşünürəm ki, bu emosional bir reaksiyadır. Və qardaşlarımıza qarşı sərt davranmamalıyıq”,- deyə o qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"