Daşkəsəndə qazi ailə üzvlərinə məktub yazdı və intihar etdi

23 Fevral 11:10 Hadisə 528
Daşkəsəndə qazi ailə üzvlərinə məktub yazdı və intihar etdi

Azərbaycanda qazi intihar edib.

Sportinfo.az xəbər verir ki, hadisə Daşkəsən rayonunun Pirverdilər kəndində baş verib.

Kənd sakini, Vətən Müharibəsi iştirakçısı 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Onun intihardan öncə ailə üzvlərinə məktub yazdığı bildirilir.

Əsgər F. Həsənov Vətən Müharibəsinə könüllü qatılıb, göstərdiyi şücaətlərə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Yanvarın 6-da da qazi, 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlu müalicə olunduğu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında özünü asaraq intihar etmişdi. Ailə üzvləri onun psixoloji problemlərinin olduğunu bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
5 Mart 10:20 Divizionda təyinatlar