Azərbaycanda yoluxanların və ölənlərin sayı yenə artdı

3 Dekabr 2020 15:50 Gündəm 841
Azərbaycanda yoluxanların və ölənlərin sayı yenə artdı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sportinfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu