Putindən açıq xəbərdarlıq: “Erməni qüvvələri Qarabağdan çıxacaq”

21 Noyabr 2020 09:00 Gündəm 811
Putindən açıq xəbərdarlıq: “Erməni qüvvələri Qarabağdan çıxacaq”

“Nikol Paşinyan David Tonoyanı Ermənistanın məğlubiyyətinin əsas günahkarı kimi təqdim etməyə çalışır”.

Sportinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

Müxalifət partiyalarından Ermənistan baş nazirinə tənqidlərin gücləndiyini bildirən Korotçenko qeyd edib ki, bu səbəbdən Paşinyan üçün başqasını “günah keçisi” adlandırması sərfəlidir:

“David Tonoyan Ermənistan ordusunun hərəkətlərini koordinasiya etmək üçün bir neçə dəfə Dağlıq Qarabağa getdi. Azərbaycan ordusu ilə döyüşlərdə nə baş verdiyini nəinki bilirdi, həm də idarə edirdi.

Bu səbəbdən Paşinyan indi onu Ermənistanın Dağlıq Qarabağdakı uğursuzluqlarından cavabdeh şəxs elan edir. Paşinyan cəmiyyətin bütün narazılığını Tonoyan istiqamətinə döndərməyə çalışacaq.

Ancaq düşünürəm ki, qınaqlar Paşinyanın özünə ünvanlanacaq, çünki ali baş komandan kimi son dərəcə məsuliyyət daşıyır. Ortada Ermənistan üçün bir uğursuz – müharibədə təslim olmaq kimi bir nəticə var”.

Korotçenko hesab edir ki, müdafiə nazirinin dəyişdirilməsi Ermənistanın işğalçı qüvvələrinin Azərbaycandan çıxarılmasına heç bir şəkildə təsir göstərməyəcək:

“Rusiya Prezidenti Vladimir Putin artıq üçtərəfli razılaşmadan imtina etmənin Ermənistan üçün praktik nəticələr verəcəyini söylədi. Bu səbəbdən sənəddə Paşinyanın imzasının olması və sənədin orada göstərilən müddətlərdə icra edilməli olduğunu bildirdi”,

İndi heç bir şey Ermənistanın müdafiə nazirindən asılı deyil, üstəlik heç bir şey Ermənistandan asılı deyil. Ermənistan müharibədə məğlub oldu, faktiki olaraq təslim aktı imzalandı.

İndi İrəvanda istədikləri hər şeyi söyləyə, məmurları hər hansı bir şəkildə dəyişdirə bilərlər, Nikol Paşinyan dəyişdirilsə də, Azərbaycanın hərbi qələbəsi ləğv olunmayacaq.

Ermənistanın müharibəni davam etdirməyə imkanları yoxdur. Bilirik ki, müharibənin ilk günlərində Ermənistan ordusunda çox sayda fərarilik edən var idi və bu da erməni cəmiyyətinin savaş istəmədiyinin canlı göstəricidir, erməni cəmiyyəti müharibə aparmaq iqtidarında deyil”.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu