
Xalq yazıçısı, “Neftçi“nin Müşahidə Şurasının sabiq sədri Çingiz Abdullayevin vəziyyəti ağırdır.
Sportinfo.az xəbər verir ki, o, Mərkəzi Gömrük Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.
2015-2022-ci illərdə paytaxt klubuna rəhbərlik etmiş Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.
Ötən gün onun halı yenidən pisləşib.