“Qarabağ”ın Almaniyadan olan rəqibi Bakıya gəldi - FOTOLAR

21 Yanvar 01:50 Gündəm 343
“Qarabağ”ın Almaniyadan olan rəqibi Bakıya gəldi - FOTOLAR

“Ayntraxt” Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Bakıda “Qarabağ”la keçiriləcək oyun üçün ölkəmizə gəlib.

Sportinfo.az xəbər verir ki, Frankfurt təmsilçisi Bakıya gəlişi ilə bağlı sosial şəbəkə hesablarında “Salam Bakı” (“Hello Baku”) başlığı ilə paylaşım edib.

Almaniya klubu bu qarşılaşmaya ciddi kadr dəyişikliyi ilə çıxacaq.

Belə ki, yanvarın 18-də baş məşqçi Dino Toppmöller istefaya göndərilib və komandanı Bakıdakı oyuna müvəqqəti olaraq köməkçi məşqçilər – Aleksandr Meyer və Dennis Şmidt hazırlayacaq.

Bu gün saat 21:45-də start götürəcək qarşılaşmanı isveçrəli hakim Sandro Şerer idarə edəcək.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti