Yenə qar yağacaq - Günün HAVA PROQNOZU

07:00 Gündəm 103
Yenə qar yağacaq - Günün HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə 2°şaxtadan 1°-dək isti, gündüz 2-4° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ehtimalı var.

Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-6° isti, dağlarda gecə 10-15°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 3-8° şaxta olacaq.

Əsasən, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 21:40 “Bu, hörmətsizlikdir”
20 Yanvar 18:10 Çək və bizə göndər!
20 Yanvar 15:40 Atasının balası - VİDEO