“Mançester Yunayted”in ulduzu Azərbaycanın iki klubundan “YOX” cavabı aldı

14:00 Gündəm 406
“Mançester Yunayted”in ulduzu Azərbaycanın iki klubundan “YOX” cavabı aldı

Portuqaliya millisinin sabiq vingeri Luiş Naninun karyerasını Qazaxıstan Premyer Liqasında davam etdirəcəyi barədə iddialar ortaya atılıb.

Teleqram kanalı AmanVIBEnin yaydığı məlumata görə, 39 yaşlı ulduz “Aktobe” ilə bütün müqavilə şərtlərini razılaşdırıb və yaxın günlərdə komandanın təlim-məşq toplanışına qoşulacaq.

Portuqaliyalı ilə 1 illik müqavilə imzalanacaq.

Məlumatda qeyd olunur ki, 2016-cı ilin Avropa çempionunun alacağı maaş Qazaxıstan Premyer Liqasının tarixində ən yüksək göstərici olacaq.

Hələlik bu məlumatla bağlı klub açıqlama vernəyib.

Nani 2007–2015-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində 4 dəfə İngiltərə çempionu olub, həmçinin Çempionlar Liqasını qazanıb.

Nani 2024-cü ilin dekabrında peşəkar karyerasını başa vurduğunu elan edib.

Bununla belə, o, maraqlı bir idman layihəsi ortaya çıxacağı təqdirdə, geri qayıtmaq imkanını özü üçün tam bağlamadığını dəfələrlə vurğulayıb. Çünki bu müddətdə fiziki formasını qorumağa davam edir, fərdi şəkildə məşq keçir və futbol mühitindən kənarda qalmır.

Bununla bağlı bir maraqlı məlumat da bizdə var. Belə ki, saytımıza danışan azərbaycanlı menecerlərdən biri Naninin ölkəmizin qapısından geri döndüyünü bildirib.

Onun sözlərinə görə, portuqaliyalı ulduzun bir müddət əvvəl Premyer Liqamıza gəlmək istəyi olub.

Karyerası ərzində “Fənərbağça”nın da formasını geyinmiş yarımmdafiəçi 1 milyon avro qarşılığında karyerasını ölkəmizdə bərpa etmək fikrinə düşüb.

Di gəl, xidməti təklif edilən 3 klub da bu izdivaca soyuqqanlı yanaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi