"Qarabağ", ya "Neftçi"? - Sloveniyalı müdafiəçi Azərbaycanda başqa kluba keçəcək

12:40 Gündəm 322
"Qarabağ", ya "Neftçi"? - Sloveniyalı müdafiəçi Azərbaycanda başqa kluba keçəcək

"Jenis”in müdafiəçisi Matiya Rom karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə onun agenti Adriyan Mlinar məlumat verib.

"Vesti.kz" portalına açıqlama verən Mlinar sloveniyalı futbolçunun Azərbaycandakı mümkün çıxışı barədə bunu deyib:

"Jenis"ə qayıtmayacaq. Yəqin ki, Azərbaycandakı klublardan biri ilə razılığa gələcəyik.

Hansı klubla? Bunu təxmin etmək asandır. "Qarabağ", yoxsa "Neftçi"? Xeyr, təəssüf ki, heç biri. Amma təxmin etmək asandır”.

Sloveniyanın U-21 yığmasının sabiq üzvü olan sağ cinah müdafiəçisi “Domjale”, “İnter”(Zapreşiçe), “Kolos”, “Şibenik” və “Telavi”də də oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Yanvar 08:20 "Neftçi"nin kefi kökəldi